Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samirə Musayeva: “Azərbaycanda karbon qiymətqoyma aləti tam aktiv işlədilmir”

Azərbaycanda karbon qiymətqoyma aləti olsa da, onlar hələ tam aktiv olaraq işlədilmir.

Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Xidmətin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bunu redizayn edərək ekoloji vergitutma ehtiyaclarına əsasən həm uyğunlaşdırma, həm də vergi yükü baxımından modifikasiya etməyə hazırıq: “Bu məsələlərdə qlobal çalışmalıyıq. Sahibkarlar, dövlət, QHT-lər və digərləri karbon qiymətqoymada simulyativ rol oynaya bilər. Bu, yaşıl iş yerlərinin yaradılmasına töhfə verə bilər.”

O qeyd edib ki, biznes mühitinin yaradılması və vergiqoyma məsələləri vacibdir: “Bu əlavə müzakirələr üçün dəyərli mövzu olaraq qalır. Biz milli iqlim məqsədlərinə çatmaq üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik”.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …