Cümə , 30 Yanvar 2026
Drone Cameras

Çinin Dövlət Şurasının Baş naziri Pakistana səfər edəcək

Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan oktyabrın 14-də Pakistana rəsmi səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Qeyd olunub ki, Li Tsyan Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının 23-cü iclasında iştirak edəcək.

Məlumata görə, səfər üç gün davam edəcək.

Qeyd edək ki, 2024-cü ilin iyulunda Azərbaycan ŞƏT-də statusunun dəyişdirilməsi – dialoq üzrə tərəfdaşdan müşahidəçi ölkəyə çevrilməsi üçün müraciət edib.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …