Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KİV: Tramp seçicilərin dəstəyi baxımından Harrisdən geri qalır

ABŞ-nin vitse-prezidenti Kamala Harris, demokratlardan ən yüksək dövlət vəzifəsinə namizəd olaraq, noyabr ayında keçiriləcək prezident seçkilərində səs verməyi planlaşdıran seçicilərin dəstəyi baxımından respublikaçılardan olan rəqibi Donald Trampı 2 faiz bəndi qabaqlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABC telekanalının “Ipsos” sosioloji xidməti ilə birlikdə keçirdiyi sorğunun nəticələrindən bəlli olub.

Məlumata görə, potensial seçicilərin 50 %-i Harrisi dəstəkləyir, Trampa isə bu kateqoriyada sorğuda iştirak edənlərin 48 %-i səs verməyə hazırdır. Qeydiyyatdan keçmiş seçicilər arasında da oxşar nəticə müşahidə olunur: 49 % Harrisi üstün tutur, 47 % isə Trampı dəstəkləməyə hazırdır.

Respondentlərin əksəriyyəti (51 %) ABŞ-nin ən yaxşı günlərinin hələ qarşıda olduğunu düşünür, 47 % isə hesab edir ki, Birləşmiş Ştatların ən yaxşı dönəmi geridə qalıb. Bu sonuncu fikri Tramp tərəfdarlarının təxminən üçdə ikisi (59 %) bölüşür. Harris tərəfdarlarının 67 %-i ABŞ-nin daha yaxşı gələcəyinə inanır.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …