Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib.

Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …