Qarabağa səfər edəndə Azərbaycanla fəxr etdik.
Bu barədə “Report”a gürcüstanlı səyyah Ramilia Babakişiyeva məlumat verib.
Onun sözlərinə görə, erməni qoşunlarının Qarabağda törətdiyi dağıntılara baxmaq çətindir.
“Azərbaycanlılar arasında nə qədər itki olduğunu nəzərə alsaq, ilk gün azad edilmiş ərazilərə səfər mənim üçün emosional cəhətdən çətin oldu”, – o qeyd edib.
Xankəndiyə səfərindən danışan R.Babakişiyeva bildirib ki, şəhərdə bərpa işləri fəal şəkildə aparılır və Qarabağ Universiteti onda elmi dərəcə almaq istəyi yaradıb: “Magistraturanı bitirəndən sonra mütləq burada daha bir elmi dərəcə almaq istəyirəm. Bu universitet mənim çox xoşuma gəldi”.
Səyyah vurğulayıb ki, yenidən belə bir imkan yaranarsa, azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək.