Cümə , 18 Oktyabr 2024
Drone Cameras

İsrail Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib

İsrail Müdafiə Qüvvələri HƏMAS lideri Yəhya Sinvarın Qəzzada öldürüldüyünü təsdiqləyib.

Rəsmi açıqlamada qeyd olunur ki, oktyabrın 16-da endirilən zərbələr nəticəsində 3 HƏMAS üzvü öldürülüb:

Daha sonra onlardan birinin Yəhya Sinvar olduğu məlum olub”.

İsrailin xarici işlər naziri İsrael Katz dünyanın müxtəlif ölkələrinin xarici işlər nazirlərinə göndərdiyi mesajda Sinvarın öldürülməsinin israilli girovların azad edilməsi və Qəzzanın HƏMAS və İranın nəzarətindən azad edilməsi üçün “fürsət yaratdığına” əminliyini ifadə edib.

Y.Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun əsas təşkilatçısı və ideoloqu hesab olunur.

O 2017-ci ildən HƏMAS-ın Qəzza zolağındakı qoluna rəhbərlik edir.

2024-cü ilin avqustundan Yəhya Sinvar həm də HƏMAS siyasi bürosunun rəhbəridir. Y.Sinvar bu vəzifəyə İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra seçilib.


Onun ölümü ilə bağlı hələ rəsmi açıqlama yoxdur

Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyü bildirilir. Hələ hərəkatdan və İsrail tərəfindən xəbər rəsmi təsdiqlənməyib.

İsrail ordusunun Cəbəliyyə qaçqın düşərgəsinə hava zərbəsi endirməsi nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb. BBC xəbər verir ki, yaralananlar əsasən qadınlar və uşaqlardır. Ölənlər arasında HƏMAS lideri də var. Hələ hərəkatdan və İsrail tərəfindən xəbər rəsmi təsdiqlənməyib.

İsrail tərəfi deyir ki, məktəb binası olan ərazi HƏMAS-ın komanda mərkəzi kimi istifadə olunub, HƏMAS isə bunu inkar edir.

Cəbəliyyədəki Kamal Advan xəstəxanasının həkimlərindən Hossam Abu Safiyah BBC-yə deyib ki, tibb müəssisəsi kiçik olduğundan təcili yardım şöbəsi bütün xəstələri qəbul edə bilmir.
O, xəstəxana işçilərinin “stress, qorxu və hər yerdə partlayış səsi ilə” işlədiyini, dərman, tibbi ləvazimat, avadanlıq və personalın olmadığını söyləyib.

Vəziyyətlə tanış olan BBC mənbələrinə görə, hazırda Yəhya Sinvarın ölümünün təxminləri artır, lakin hələ də yekun təsdiqə ehtiyac var.

“Reuters” də yazıb ki, HƏMAS lideri Sinvarın mümkün ölümü ilə bağlı DNT sübutları araşdırılır.

Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Böyük Britaniya hələ də İsraildən HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünə dair təsdiqi gözləyir. Amma o, əgər doğru olsa, belə yas keçirilməyəcək:

“Mən Sinvar kimi bir terror liderinin – oktyabrın 7-də terror aktına görə məsuliyyət daşıyan birinin ölümünə yas tutmayacağam”.

Healey deyib ki, o və hökumət bunun “İkinci Dünya Müharibəsindən bəri yəhudi xalqı üçün təkcə ən qaranlıq, ən ölümcül günü deyil, həm də bir ildən çox davam edən qarşıdurmaya və dözülməz səviyyədə mülki fələstinli itkilərə səbəb olduğunu” bilir.

Yəhya Sinvar Qəzzanın cənubundakı Xan Yunisdə qaçqın ailəsində anadan olub. O, Qəzzanın Müsəlman Qardaşlarının aparıcı simaları Şeyx Əhməd Yasin və Dr. Əbdül Əziz ər-Rantissinin rəhbərliyi altında böyümüş nəslin bir nümayəndəsi və İsmayıl Haniyənin müasiri idi.
Hər üçü sonradan HƏMAS-ın lideri oldular. Hər üçü, Yasin və Rantissin 2000-ci illərin əvvəllərində, Haniya isə bu ilin əvvəlində öldürülüb.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …