Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

STM-in sektor müdiri: Dünya mediasında siyasi gündəliyi Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb

Dünya mediasında siyasi gündəliyi dəyişmək və Azərbaycana qarşı istifadə etmək cəhdləri formalaşıb.

Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri İlyas Hüseynov oktyabrın 21-də Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, saxta və qərəzli informasiyaları Azərbaycan cəmiyyətinin “şüuruna” yerləşdirməyə çalışan daxili xəyanətkar qüvvələrin sırasında azərbaycanlı soyadlarına da rast gəlinir:

“COP29-a ev sahibliyindən sonra Bakıya qarşı davam edən hücumların səbəbi bəzi inkişaf etmiş ölkələrin iqlimlə bağlı tədbirlər çərçivəsində yeni maliyyə öhdəliklərindən yayınmaq istəməsidir. Çünki bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilmişdi. Hazırda bu məbləğin 1 trilyon dollara qədər çatdırılması nəzərdə tutulur. Bakıda keçiriləcək COP29 tədbirində maliyyə müzakirələri öz nəticəsinə çatacaq. Bu da bəzi ölkələri narahat edən məqamdır”.

Check Also

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar” AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət …