Cümə , 22 Noyabr 2024
Drone Cameras

Telman Tahirli: “Yeni parlament ölkədə aparılan islahatlara təkan verəcək”

“Ümid edirik ki, yeni parlament ölkədə aparılan islahatlara təkan verəcək. Namizədlərin sırasında gənclərin çoxluq təşkil etməsi də mühüm amildir. İnanıram ki, yeni seçiləcək gənclər parlamentdə müasir ideyalarla fəaliyyət göstərəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli söyləyib.

O yeni parlamentin ölkə həyatının müxtəlif sahələrini əhatə edən mühüm qərarlar qəbul edəcəyinə inamını ifadə edərək deyib: “Beləliklə, yeni parlament öz fəaliyyəti ilə ölkədə aparılan islahatlara, Azərbaycanın daha da inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşması istiqamətində görülən işlərə töhfə verəcək”.

Seçki prosesində qadın namizədlərin fəallığına da diqqət çəkən T.Tahirli hesab edir ki, qadın parlamentarilər müxtəlif sahələrdə, o cümlədən ailə və uşaq problemləri də daxil olmaqla sosial məsələlərin həllində daha çox fəallıq göstərirlər: “Bu baxımdan yeni parlamentdə də qadın deputatların sayını çox olması arzuolunandır”.

(Sia.az)

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …