Çərşənbə , 4 Dekabr 2024
Drone Cameras

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 2-13 dekabr tarixlərinda keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sədrlik dövründə Azərbaycan həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

“Qrupa Azərbaycan ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir. 2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub”,-məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, 12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir:

“COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir”.

Check Also

Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə …