Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı seçicilərlə daha bir möhtəşəm görüş keçirdi – FOTOLAR

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlı bu gün Neftçala rayon Xıllı kəndində seçicilərlə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, görüşü Neftçala rayon keçmiş icra başçısı, xalq hərəkatının fəallarından olan Fərman Hüseynov açıb.

O, Sabir Rüstəmxanlının həyat yolu və Milli Azadlıq Hərəkatının ilk günündən keçdiyi mübarizə yolundan danışıb, onun ötən seçkilərdə Milli Məclisdə ən layiqli millət vəkili kimi fəaliyyətindən bəhs edib: “Sabir Rüstəmxanlının Neftçala rayonundan namizədliyini irəli sürməsi bizim üçün çox böyük bir şansdır. Sabir bəyin millət vəkili olması dövlətimiz və xalqımız üçün çox gərəklidir. Onun bizim rayonumuzdan seçilməsi isə biz neftçalalilar üçün ikiqat sevincdir. Çünki Sabir bəyin burdan məclisdə təmsil olunması hər bir neftçalalının haqqını qoruyan bir deputata malik olması deməkdir”. Daha sonra Müsavat partiyasının Neftçala rayon şöbəsinin sədri Sabir Abuzərov çıxış edərək Sabir Rüstəmxanlı haqqında xoş sözlər söyləyib və 9 fevral seçkilərində Neftçala müsavatçılarının da onun namizədliyini dəstəkləyəcəyini bildirib.

Görüşün sonunda Sabir Rüstəmxanlı çıxış edərək hər kəsə təşəkkürünü bildirib. O, Neftçala ilə bağlı xatirələrini danışıb, bu rayonun Milli Azadlıq Hərəkatında rolu və yeri, Neftçala ziyalılarının dəyəri haqqında danışıb.

S. Rüstəmxanlı Azərbaycanın yaxın tarixinə ekskurs edərək xalq hərəkatı, dövlət müstəqilliyinin əldə edilməsindən bəhs edərək bu gün hər bir vətəndaşın istiqlalımızın qorunmasında, ərazi bütövlüyümüzün bərpasında fəal iştirak etməsinin zəruriliyini qeyd edib.

Görüşün sonunda Sabir Rüstəmxanlı seçicilərlə söhbətləşərək onların problemlərini dinləyib. Görüşdə iştirak edən kənd sakinləri 9 fevral seçkilərində Sabir Rüstəmxanlıya səs verəcəyini bildiriblər.

(BakuPost)

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …