Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

“Bir müddət sonra hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27-yə endirilə bilər” – Ekspert

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, 35 yaş o dövr üçün aktual idi. Ordudan yayınma hallarının qarşısını almaq üçün atılmış addım idi. Ancaq Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan gəncləri müharibəyə getməyə hazırdır.Ola bilər ki, bu müddət sonra 27 yaşa endirilsin:

“Çox doğru addımdır. Hərbi sahədə islahatlar davam edir. Hər bir sahədə olduğu kimi qərarlar qəbul edilir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Azərbaycan vətəndaşlarının sayı artıb. Azərbaycan əhalisinin sayı az idi və torpaqları işğal edilmişdi. Ona görə 35 yaş o dövr üçün aktual idi. Ordudan yayınma hallarının qarşısını almaq üçün atılmış addım idi. Ancaq Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan gəncləri müharibəyə getməyə hazır idi. Artıq bu islahatlar davam edəcək. Ola bilər ki, gələcəkdə çağırış da 4 dəfədən 2 dəfəyə endirilsin. 30 yaş həddi son yaş həddi deyil. Ola bilər ki, bu müddət sonra 27 yaşa endirilsin. Hesab edirəm ki, bu cür addımlar atılanda təhlillər aparılır, ekspert rəyləri alınır, ondan sonra bu cür önəmli qərarlar verilir. Keçən dövr göstərdi ki, bu addımlar qələbədə öz sözünü deyir”.

Check Also

Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi …