Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

Tramp Rusiyanın dərinliklərinin ABŞ raketləri ilə vurulmasına qarşıdır

Bayden adminstrasiyası isə Rusiyanın daxilindəki hərbi obyektlərin vurulacağını deyir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Kiyevi Rusiyaya Amerika istehsalı olan raketlər atdığına görə tənqid edib.

Tramp hesab edir ki, bununla vəziyyət daha da pisləşə bilər.

“Mən qəti şəkildə razı deyiləm. Niyə bunu edirik? Biz bununla yalnız münaqişəni alovlandırırıq”, – Tramp “Time” jurnalına deyib.

Tramp həmçinin sələfi Baydenin ATACMS raketlərini Rusiyanın dərinliklərinə endirmək qərarını “təhlükəli” və “axmaq” adlandırıb.

ABŞ Prezidenti Co Bayden administrasiyası isə həm döyüş meydanında, həm də danışıqlarda Ukraynaya üstünlük vermək üçün strateji addımlar atmağa davam edəcəyini açıqlayıb.

“Bura Rusiya daxilindəki hərbi hədəflərə uzaqmənzilli raket zərbələrinə icazə verilməsi də daxildir”, – Ağ Evin müşaviri Con Kirbi Vaşinqtonda keçirilən brifinq zamanı Donald Trampın tənqidlərinə cavab olaraq deyib.

“Yeni seçilmiş Prezidentlə və onun mediada dedikləri ilə mübahisəyə girməyəcəyəm. Mən yalnız Prezident Baydenin siyasət və sərəncamlarının nə olduğunu təkrarlaya bilərəm”, – Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti Ukraynanı bütün lazımi müdafiə imkanları ilə təmin etmək üçün əlindən gələni edir.

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Ukrayna Müdafiə Qüvvələri 2024-cü il noyabrın 19-da ilk dəfə olaraq Rusiya ərazisinə “ATACMS” ballistik raketləri ilə hücum edib.

Rusiya da noyabrın 21-də cavab olaraq Ukrayna ərazinə qitələrarası ballistik raket (intercontinental ballistic missile, ICBM) atıb.

Check Also

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, …