Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

Ukraynanın Pokrovskını itirməklə üzləşdiyi bildirilir

Şəhərinin süqutu Kiyevin son aylarda ən böyük hərbi itkilərindən biri olacaq

Rus qoşunlarının Ukraynanın Pokrovsk (həmçinin Krasnoarmeysk kimi də tanınır) şəhərindən cəmi 1,5 km məsafədə olduğu deyilir.

“Reuters” rusiyalı hərbi blogerlərə istinadla yazır ki, bəzi xüsusi təyinatlı qruplar hətta avtomobil və dəmir yolu qovşağına daxil olublar.

Rusiya Ukraynanın böyük hissələrinə nəzarət edir və ictimaiyyətə açıq olan xəritələrə görə, 2022-ci ildə işğalının ilk günlərindən bəri daha sürətlə irəliləyir.

Ukrayna avqust ayında Rusiyanın Kursk vilayətinin bir hissəsini zəbt etdikdən sonra Rusiyanın əsas diqqəti Ukraynanın şərqindəki Donetsk bölgəsinə yönəlib və hazırda Rusiyanın bölgə ərazisinin 60%-dən çoxuna nəzarət edir.

Strategiyanın əsas hissəsi Pokrovsk şəhərinin tutulmasıdır ki, bu da Moskvaya şərq cəbhəsi boyunca Ukraynanın təchizat xətlərini pozmağa və yüksəklikdə olan, daha geniş əraziyə potensial nəzarət imkanı verən Çasov Yar şəhərini ələ keçirmək üçün kampaniyanı gücləndirməyə imkan verəcək.

“Reuters” informasiyanın dərcinə məhdudiyyətlər səbəbindən hər iki tərəfin döyüş meydanından məlumatları yoxlaya bilməyib.

Ukraynalı hərbçilər çərşənbə günü bildirib ki, rus qoşunları Pokrovsk yaxınlığında bir neçə Ukrayna mövqelərini məhv edib və ya ələ keçirib.

Son hadisələrlə bağlı Kiyevdən hələlik heç bir şərh yoxdur.

Bəzi Rusiya və Qərb rəsmilərinin fikrincə, müharibə ən təhlükəli mərhələsinə daxil olur, çünki Moskva qoşunları irəliləyir, Ukrayna isə Rusiyaya Amerika istehsalı olan ATACMS raketləri ilə zərbə endirir.

Rusiyanın müdafiə naziri Andrey Belousov Pokrovskdan təxminən 35 km cənubda, strateji əhəmiyyətli Kuraxovo şəhərinin cənubunda döyüşən Rusiya qoşunlarının Şərq qruplaşmasına baş çəkib.

Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant Andrey İvanayev bildirib ki, Şərq qruplaşması son bir ay ərzində Ukraynada 300 kv.km-dən çox (116 kv mil) ərazini ələ keçirib.

Ukrayna ordusu üçün mühüm logistika mərkəzi olan Pokrovsk şəhərinin süqutu Ukraynanın son aylardakı ən böyük hərbi itkilərindən biri olacaq.

Ukrayna hərbçilərinin ətraf ərazilərdə yol şəbəkəsinə çıxışının məhdudlaşdırılması Kiyev qüvvələrinin Pokrovskin hər iki tərəfində müəyyən əraziləri saxlamasını çətinləşdirəcək və bu, Rusiyaya cəbhə xəttini gücləndirməyə və irəliləməyə imkan verə bilər.

Şəhərdə həm də Ukraynanın bir vaxtlar nəhəng polad sənayesi üçün kokslaşan kömür tədarük edən mədən yerləşir.

Rusiya Ukrayanaya qarşı 2022-ci il fevralın 24-dən hərbi əməliyyatlara başlayıb.

Check Also

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, …