Bazar , 7 Dekabr 2025
Drone Cameras

Suriya Müdafiə Nazirliyi ölkədə PKK birləşmələrini tamamilə ləğv etmək niyyətindədir

Suriya Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) qruplaşmalarını tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatı Suriyanın müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həmada “X” sosial şəbəkəsində paylaşıb.

“Suriyanın şərq əyalətlərində xalqın PKK terror təşkilatından azad olmaqla bağlı böyük tələbləri var. Bu insanların separatçı layihələrini məhv etməyənə qədər Azad Suriya təhlükəsiz olmayacaq və bu qaçılmazdır”, – bəyanatda deyilir.

Check Also

ABŞ ordusu narkokartellərlə mübarizədə quru hədəflərinə hücumlara başlayacaq

ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərə qarşı mübarizə çərçivəsində tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq. …