Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

Dövlət Departamenti həbs və təzyiq risklərindən narahatdır

ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.

Bununla bağlı bəyanat Dövlət Departamentinin saytında yerləşdirilib.

“Belarus hakimiyyətinin yerli qanunları özbaşına yerinə yetirməsi və həbs olunma riski, Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyi, regional qeyri-sabitlik və gözlənilməzliyin artması səbəbindən Belarusa səfər etməyin. Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, – Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci il fevralın 28-də Minskdəki səfirliyinin işini dayandırıb.

Dövlət Departamentinin əmri ilə əməkdaşlar təxliyə edilib və fövqəladə xidmətlər də daxil olmaqla xidmətlərin göstərilməsi dayandırılıb.

Check Also

Serbiyada 15 nəfərin öldüyü qəzadan sonra izdihamlı etirazlar başlayıb

Etirazçılar qəzanı korrupsiya ilə əlaqələndirirlər 2024-cü il noyabrın 1-də Serbiyanın ikinci ən çox əhalisi olan …