Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Fiko: “Zelenksi Rusiya qazından imtinaya görə bizə 500 milyon avro təklif etdi”

Baş nazir bu təklifdən imtina etdiyini deyib

Ukrayna Slovakiyaya Rusiya qazının tranzitinin ləğvi ilə bağlı itkilərə görə kompensasiya təklif edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fikonun Moskvaya səfərini şərh edərkən bu haqda danışıb.

“Biz Avropa Komissiyasının tələbi ilə ona (Robert Fikoya-red.), xüsusilə slovaklara Rusiya tranzitindən itkilər və tranzit alternativləri üçün mümkün kompensasiya təklifi ilə çıxış etdik. Biz bunu etməyə hazır idik. Fiko slovaklara təzminat istəmədi. Avropa Komissiyası ilə də əməkdaşlıq etmək istəmir. Nədənsə Moskvada onun üçün daha sərfəlidir. Avropada hər kəs bunun səbəbini başa düşür”, – Zelenski deyib.

Ukrayna Prezidenti hesab edir ki, Fikonun Putinlə razılaşması dövlət maraqlarından daha çox ticarət üzərində qurulub.

“Biz həyat üçün mübarizə aparırıq. Fiko isə pul üçün. Bu mübarizə çətin ki, Slovakiya uğrunda olsun”, – Zelenski əlavə edib.

Roberto Fiko isə dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin sammitindən dərhal sonra bildirib ki, Zelenski ona Slovakiyanın Kiyevin NATO-ya üzvlüyünə razılığı müqabilində dondurulmuş Rusiya aktivlərindən 500 milyon avro təklif edib.

Slovakiyanın Baş naziri bu təklifdən imtina etdiyini deyir.

Zelenskinin ofisi Fikonun bu açıqlamasını şərh etməyib.

Slovakiya Rusiya qazını almağa davam edən azsaylı ölkələrdəndir. Tranzit Ukraynadan keçir.

Kiyev dəfələrlə bəyan edib ki, 2025-ci il yanvarın 1-dən Rusiya qazı və neftinin Avropaya tranzitini müharibə səbəbindən dayandıracaq.

Eyni zamanda, Ukrayna hakimiyyəti Rusiyadan gəlməyəcəyi təqdirdə digər ölkələrdən qaz tranzitinə hazır olduqlarını bəyan edib.

Robert Fiko Zelenskini Slovakiyanın “qaz böhranı” ilə üzləşməkdə ittiham edib.

Fiko Moskvaya səfərindən sonra bildirib ki, Putin Rusiyanın Qərbə və Slovakiyaya qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Bu, Kiyevin mövqeyinə görə 2025-ci il yanvarın 1-dən sonra praktiki olaraq mümkün deyil.

Zelenski öz növbəsində Slovakiyanın hüquq-mühafizə orqanlarını Fikonun Moskvaya səfəri ilə “maraqlanmağa” çağırıb.

Check Also

ABŞ Rusiyaya yeni sanksiyaları planlayır: “Baydenin Putinə vida zərbəsi”

Sanksiyalar Rusiya neftinin ixracatçılarına şamil edilə bilərABŞ Prezidenti Co Bayden prezidentliyinin son həftələrində Rusiyanın enerji …