Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Tokayev təyyarə qəzası ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik edəcəyi dövlət komissiyası yaradılıb.

Bu barədə “Report” “Kazinform”a istinadən xəbər verir.

Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərin lazımi dəstəklə təmin edilməsi haqqında sərəncam verib.

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda Aktau şəhər hava limanı açıqdır və ştat rejimdə fəaliyyət göstərir.

Check Also

Kəmaləddin Heydərov təyyarə qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb

“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa, hamısının vəziyyəti yaxşıdır”. …