Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

İsrailin Rusiyaya uçuşları dayandırdığı bildirilir

“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək”

İsrailin Rusiyaya uçuşları dayandırdığı bildirilir.

Məlumata görə, gələn həftə ərzində İsrailin milli aviadaşıyıcısı “El Al” Təl-Əviv və Moskva arasında reysləri yerinə yetirilməyəcək.

“Gələn həftə vəziyyət yenidən qiymətləndiriləcək, bundan sonra uçuşların bərpası ilə bağlı qərar veriləcək”, – şirkətin mətbuat xidməti bildirib.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanda məcburi eniş zamanı qəzaya uğrayıb.

Göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

Müxtəlif KİV-lərin çoxsaylı mənbələrindən əldə edilən məlumata görə, Qroznı bölgəsində təyyarəni Rusiya hava hücumundan müdafiə raketi vura bilər.

Bu, rəsmi olaraq təsdiqlənməyib.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …