Çərşənbə , 8 Yanvar 2025
Drone Cameras

Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus teleqramda bildirib.

“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.

Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.

“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.

Check Also

ABŞ vitse-prezidentinin iqamətgahı yanğınlar səbəbindən təxliyə zonasına daxil edilib

ABŞ vitse-prezidenti Kamala Harrisin iqamətgahı Los-Ancelesi bürüyən meşə yanğınları səbəbindən təxliyə zonasına daxil olub. Boyukmillet.com …