Cümə axşamı , 9 Yanvar 2025
Drone Cameras

Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.

“Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, maliyyə icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, – deyə məlumatda qeyd olunub.

Check Also

G1: Braziliya HHQ AZAL-ın qəzaya uğramış təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb

Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış …