Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb

Ermənistan parlamentinin İqtisadi məsələlər üzrə komissiyası Ermənistan və ABŞ hökumətləri arasında “Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin ratifikasiyası barədə qanun layihəsini təsdiqləyib.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Rafael Gevorqyan bildirib.

Komissiyanın iclası yanvarın 15-də keçirilib.

R.Gevorqyanın sözlərinə görə, saziş çərçivəsində gömrük işi ilə bağlı sahələrdə qarşılıqlı inzibati yardımın göstərilməsi üçün məlumat mübadiləsi protokollarının sadələşdirilməsi planlaşdırılır.

Check Also

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə …