Çərşənbə , 22 Yanvar 2025
Drone Cameras

Əkrəm İmamoğlu Baş prokurorun ittihamlarını rədd edir

“Çıxışımda bircə təhdid sözü belə yoxdur, sözümün arxasındayam”

İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi haqqında dediyi sözlərə görə İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladıldığı bildirilir.

Ona qarşı “təhdid” və “terrorla mübarizədə vəzifəli şəxsləri hədəfə almaq” ittihamları irəli sürülüb.

“İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qatıldığı tədbirdə Baş prokuror Akın Gürlekə və ailəsinə qarşı təhdid dolu ifadələr işlətdiyinə görə ona qarşı terrorla mübarizədə məsul şəxsləri hədələmə və hədəfə alma ittihamlarıyla istintaq başladılıb”, – İstanbul Baş Prokurorluğunun yanvarın 20-də yaydığı məlumat deyilir.

“X” platformasındakı səhifəsində bununla bağlı paylaşım edən İmamoğlu ittihamları rədd edib.

“İstanbul Baş Prokuroru onu və ailəsini təhdid etdiyim iddiasıyla barəmdə istintaq başladıb. Çıxışımda bircə təhdid sözü belə yoxdur. Heç vaxt heç kimi ailəsiylə təhdid etmədim, etmərəm də. Dediyim hər kəlmə bu ölkədə hər kəsin övladı və gələcəyi üçün tərəfsiz hüquq tələbidir. Sözümün arxasındayam. Həmişə və hər kəs üçün ədalət. Bundan təhdid iddiası çıxaran Baş prokuroru Allaha və millətin vicdanına həvalə edirəm”, – İmamoğlu yazıb.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu yanvarın 20-də Ölkə Siyasətləri Vəqfi tərəfindən təşkil edilən Müasir Hüquq və Məhkəmənin Siyasiləşdirilməsi Panelindəki çıxışında CHP Gənclik Qolunun sədri Cem Aydının həbsinə münasibət bildirib:

“Guya ifadə verməyə çağırırsan, 7-8 polislə evinə basqın edirsən. Sənin məqsədin insanları qorxutmaqdır. Baş prokuror, sənə deyirəm. Sənə heç bir faydamız olmaz, sənin zehnin çürüyüb. Biz hətta sənin də övladlarını xilas etmək üçün səni idarə edən ağlı bu millətin zehnindən söküb atacağıq. Söküb atacağıq ki, sənin uşaqlarının evinə kimsə basqın etməsin. Bununla hətta sənin də yuvana, uşaqlarına hüzur təmin etmiş olaq”.

Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclik Qolunun sədri Cem Aydın barəsində sosial media hesabında paylaşdığı postla bağlı “dövlət məmurunu təhqir etmək” və “terrorla mübarizə aparan insanları hədəfə almaq” cinayətlərinə görə istintaq başladılıb.

İddia olunur ki, o İstanbul Baş prokuroru Akın Gürleki təhqir edib.

Cem Aydın prokurorluğa verdiyi ifadəsində, postunun cinayət tərkibli olmadığını deyib.

“Araşdırma aparılan video partiya başqanımızın sözlərindən və Akın Gürleklə bağlı mediada əks olunan məzmundan ibarətdir”, – Cem Aydın bildirib.

Cem Aydın ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılıb.

İmamoğlunun Akın Gürleklə bağlı söylədiklərini paylaşan CHP Manisa Yunusemre Bələdiyyəsi Divan üzvü Mertcan Üreten də saxlanılıb.

İstanbul Baş Prokurorluğunun məlumatında bildirilib ki, Mertcan Üreten İmamoğlunun fikilərini sosil şəbəkə hesabında təkrar paylaşdığı üçün həbs edilib.

Check Also

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli …