Ümit Özdağ 1 ildən 4 ilə qədər həbs oluna bilər
Türkiyədə Zəfər Partiyasının sədri Ümit Özdağın “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanıldığı bildilir.
Yanvarın 19-da partiyanın iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərinə görə Özdağ barəsində İstanbul Baş Prokurorluğu istintaqa başlayıb.
“Heç bir səlib yürüşü türk millətini deistə, ateistə, xristiana çevirə bilmədi. Ərdoğanın hakimiyyəti dövründə türk millətinin böyük bir təbəqəsi onları Allahla aldadanların ucbatından öz dinlərinə maraqlarını itirdi. Ölkədə Ərdoğanın hakimiyyəti dövründə deist və ateistlərin sayı 16 faizi keçib. Ərdoğan dövləti dini təriqətlər və icmaları bölməklə, müşrikləri dövlətə ortaq etməklə, milyonlarla qaçqını və qaçağı Anadoluya gətirməklə, türk millətinin mədəniyyətini məhv etməklə türk millətinin inancına xələl gətirir. Əslində, baş verənlər AKP faşizmidir”, – Ümid Özdağ çıxışında deyib.
Türkiyə Cəza Məcəlləsinin 299-cu maddəsinə əsasən, prezidenti təhqir etmə cinayəti 1 ildən 4 ilə qədər həbslə cəzalandırılır.