Cümə axşamı , 6 Fevral 2025
Drone Cameras

Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib – EKSKLÜZİV

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Bu barədə “Report”a məlumatlı mənbələrdən bildirilib.

Daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

Check Also

“MƏHKƏMƏYƏ VERSİNLƏR…” – Nazir saxta qəbul qalmaqalına görə UNEC-in diplom ala bilməyən məzunlarına mersaj verdi

Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına …