Cümə , 7 Fevral 2025
Drone Cameras

“MƏHKƏMƏYƏ VERSİNLƏR…” – Nazir saxta qəbul qalmaqalına görə UNEC-in diplom ala bilməyən məzunlarına mersaj verdi

Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməməsi haqda sualı cavablandırıb.

Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nair qeyd edib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır: “Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik”.

Xatırladaq ki, nazirlik bu filiala tələbə qəbulu prosesində saxtakarlıq olduğunu əsas gətirir. O səbəbdən həmin filialın tələbələrinə diplom verilmir. Bu səbəbdən dəfələrlə tələbələr UNEC rəhbərliyi qarşısında aksiya da keçiriblər.

UNEC-ə yaxın mənbələr isə “Emin Əmrullayev rektor Ədalət Muradovun nazir təyin olunma ehtimalından qorxur deyə belə qalmaqalın böyüməsinə maraqlıdır” ittihamı irəli sürürlər…

Samir Musayev

Check Also

Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib – EKSKLÜZİV

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi …