Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib

Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsinin surətini bu ölkənin Protokol və Konsulluq Məsələləri üzrə Baş direktor – Dövlət Protokolu rəhbəri Endi Raçmiantoya təqdim edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.

“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil Əbil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …