Şənbə , 22 Fevral 2025
Drone Cameras

Kelloq: ABŞ Ukraynanı Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək.

Boyukmillet.com“Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib.

“Heç kim Volodimir Zelenskini sülh razılaşmasına məcbur etməyəcək”, – o söyləyib.

Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.

Xüsusi elçi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, “hamını danışıqlar masasına oturtmaq mümkün deyil”.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü keçiriləcək və burada Ukrayna nizamlanması da müzakirə olunacaq.

Check Also

ABŞ Konqresi ölkənin Birləşmiş Millətlər Təşkilatından çıxması məsələsini müzakirə edəcək

“BMT müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilməyib” ABŞ-nin respublikaçı senatorları Konqresə ölkənin …