Bazar , 15 Noyabr 2026
Drone Cameras

“Türk dili bizim üçün təhlükəlidir” – Ayaz Salayevin dedikləri Sabir Rüstəmxanlını özündən çıxardı

Boyukmillet.com xəbər verir ki, Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşmazlıq yaranıb.

Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.

Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.

Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”

Həmin görüntüələri təqdim edirik:

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …