Bazar , 15 Noyabr 2026
Drone Cameras

Kreml Avropanın planlarından NARAHATDIR

Kreml Avropanın Ukraynada hərbi qüvvələr yerləşdirmək planları ilə bağlı yayılan məlumatları diqqətlə izləyir və bu xəbərlərin ciddi narahatlıq doğurduğunu bildirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib.

“Biz bu məlumatları, eləcə də avropalı rəsmilərin bəzən ziddiyyətli açıqlamalarını diqqətlə izləyirik. Bu, bizim üçün narahatlıq doğurur, çünki söhbət NATO ölkələrinin Ukraynaya mümkün hərbi kontingent göndərməsindən gedir. Bu isə təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir. Buna görə də bu mövzu bizim üçün son dərəcə vacibdir”, – deyə Peskov vurğulayıb.

Bundan əvvəl “The Daily Telegraph” qəzeti Qərb rəsmilərinə istinadən yazıb ki, Ukraynanın Avropalı müttəfiqləri ABŞ-a Avropa ölkələrindən 30 minə qədər hərbçini Ukraynaya yerləşdirmək təklifi verməyə hazırlaşır.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …