Bazar , 23 Fevral 2025
Drone Cameras

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən işə yarayan bir plan” olduğunu vurğulayıb.

Tramp Fox News telekanalına verdiyi müsahibədə “Bu planı zorla həyata keçirmək istəmirəm, sadəcə təklif edəcəyəm. O zaman ABŞ bölgənin sahibi olacaq, Həmas olmayacaq, inkişaf olacaq və təmiz bir səhifədən başlanacaq” sözlərini deyib.

Tramp həmçinin İordaniya və Misirin fələstinliləri köçürmə planına qarşı çıxmasını təəccüblü sayaraq, “İordaniya və Misirə milyardlarla dollar ödəyirik və onların buna qarşı çıxmasına təəccüblənirəm” sözlərini də əlavə edib.

O, Qəzza zolağı haqqına “Bura gözəl yerdir, İsrailin niyə imtina etdiyini bilmirəm” deyərək jurnalistlərin Qəzza ilə bağlı digər suallarını da cavablayıb.

Onun bu nitqi yenidən qalmaqala səbəb olub.

Check Also

Tramp beynəlxalq ictimaiyyəti nüvə müharibəsinin qarşısını almağa çağırıb

ABŞ prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir. …