Bazar , 23 Fevral 2025
Drone Cameras

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin onun Moskvadakı demək olar ki, bütün çıxışlarına gedirdi və əylənirdi. Zelenskinin timsalında ABŞ Putinin daxili aləmini və nəyə çox meyl etdiyini artıq öyrənmişdi. Və nəhayət Zelenskini də hakimiyyətə gətirdi.

Ukraynlar sevindilər ki, nəhayət müharibə olmayacaq, sülh olacaq. Amma hər şey əksinə oldu. Zelenski, ABŞ və İngiltərənin açıq dəstəyi ilə (Avropa ilk vaxtlar ehtiyat etdi) daha ciddi siyasət yürütdü və Putinə onun aktyorluğundan çox həm də güclü siyasətçi olduğunu anlatdı və Putin isə aldadıldığını anladı. Qısa zamanda Putini psixologi və hərbi cəhətdən məhv elədi. Aktyorluğun elə özü ən böyük siyasətdir ki, böyük bir izləyici ordusunu ətrafında toplaya bilirsən və Zelenski bunu bacarmışdı.

Artıq ruslar uzaq mənzilli silahlardan istifadə etməyə məcbur olublar. Rusiyanın böyük əsgər ordusu təslim olmaqla dünyanı, o cümlədən də Putini şoka saldılar. Putin müharibəyə hazır olmadığını və səhv etdiyini əsgərlərinin qısa zamanda sürətlə təslim olmasından başa düşdü.

Rəvan Bağırlı

İndi Putin, vaxtını Zelenskinin çıxışlarına həsr etdiyinə görə özünü çox qınayır və bunun ABŞ Kəşfiyyatının işi olduğunu anlayır. Zelenski isə son dörd ildə kifayət qədər qocaldı və eyni zamanda təcrübə qazandı. Artıq Zelenskidə aktyorluq siması itib, ciddi bir siyasi sima özünə yer edib.

Trump onu bilir ki, Zelenskinin müdafiəçisi çoxdur sadəcə Avropanı müharibəyə qoşmaq üçün geriyə addım atmaq kimi sarsaq bəyanatlar verir. Məsələn, onun Zelenskini diktator adlandırması özü də biabır, gülünc olduğunun fərqində olduğu qədər absurd fikir və davranış idi.

Trump ya impiçment yolu ilə hakimiyyəti vaxtından əvvəl təhvil verəcək, ya da birmənalı olaraq Ukraynaya açıq hərbi və maliyyə yardımını davam etdirəcək.

Hakimiyyətə qayıdışının heç bir ayı tamam olmamış ciddi təzyiqlə qarşılaşıb. Xüsusilə də öz partiya həmkarları tərəfindən. Bu olduqca ciddi faktlardır. Və getdikcə ABŞ-ı bu etirazlar bürüyəcək. Trump bir budaqda oturub, min budağı silkələyir. Hamısı da qeyri-ciddi arqumentlər.

Zatən Putin özü də Trumpla məsafə saxlayır və şübhələnir ki, Trumpın bu təlxək hərəkətləri onu tələyə sala bilər. Putinin isə Trumpa inanmamağa şansı qalmayıb. Əlinə bəhanə düşüb ki o, rusları inandırsın ki, bu haqlıdır və Trump Putinlə əməkdaşlıq etməklə onun haqlı olduğunu göstərir. Putinin hərəkətləri onun dalana dirəndiyini, məğlub olduğunu açıq-aydın göstərir. Min Trump gəlsə də Putini ipdən xilas edə bilməyəcək.

Check Also

Zelenski yanıldı: “Ukrayna vaxtında Türkiyənin vasitəçiliyini qəbul etməli idi”

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, müharibənin atəşkəslə nəticələnməsi istiqamətində gedən danışıqlarda Ukrayna …