Cümə axşamı , 27 Fevral 2025
Drone Cameras

Ersin Tatar Pakistanın Baş naziri Şahbaz Şərifə dəstək bəyanatına görə təşəkkür edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Pakistan Baş naziri Şahbaz Şərifə prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə ŞKTC ilə bağlı söylədiyi sözlərə görə təşəkkür mesajı verib.


Prezident Tatar mesajında: “Dostum və qardaşım Pakistanın Baş nazirinə ədalətli işimizə göstərdiyi sarsılmaz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm və o, bu gün bir daha qətiyyətlə bildirib”, – deyə qeyd edib.

“Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, “Pakistan Şimali Kipr məsələsini tam dəstəkləyir və bu məsələdə çəkinmədən Türkiyənin yanındadır”. Onun bu açıqlaması Kipr türk xalqının haqq işinə güc verdi.

Bu münasibətlə dost və qardaş Pakistan hökumətinə və xalqına, hər zaman Kipr türk xalqının yanında olan və hər dəfə ŞKTC-yə dəstəyini nümayiş etdirən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və bu gün verdiyi bəyanatla bizi bir daha şərəfləndirən Pakistanın Baş naziri cənab Şahbaz Şərifə minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, dövlətimiz Şimali Kipr Türk Cümhuriyyəti qədəm qoyduğu bu şərəfli yolda Vətəndən, Türkiyədən aldığı sarsılmaz güc, dost və qardaş dövlətlərin göstərdiyi həmrəylik ilə ən qısa zamanda öz layiqli yerini tutacaqdır”, – deyə Tatar bildirib.

Check Also

Türkiyə səfiri: Xocalı faciəsi insanlıq adına qara ləkədir

Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bu gün başsağlığımızı bildirmək üçün Xocalı soyqırımı abidəsini ziyarət etməyə gəlmişik. Boyukmillet.com xəbər verir …