Bazar , 15 Noyabr 2026
Drone Cameras

Trampın müşaviri Kanadanı sərhəd xəttinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə çağırır

ABŞ Prezidenti Donald Trampın ticarət və sənaye məsələləri üzrə müşaviri Piter Navarro ölkə rəsmilərini kanadalı həmkarları ilə ölkələr arasında sərhədin yenidən nəzərdən keçirilməsi məsələsini müzakirə etməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraph” nəşri mənbəyə istinadən məlumat yayıb.

“Navarro Kanada-ABŞ sərhədinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib. Kanadalılar öz adamlarına ticarət nümayəndəsi və ticarət naziri postlarına Ceymison Qrir və Hovard Latnikin namizədliyi Senat tərəfindən təsdiqlənənə və onlar vəzifələrinin icrasına başlayana qədər ABŞ hökuməti ilə danışıqları dayandırmağı tapşırıblar”, – mənbə bildirib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …