Bazar , 11 Yanvar 2026
Drone Cameras

Filippin HHQ-yə məxsus qırıcının qəzaya uğraması nəticəsində iki pilot ölüb

Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “FA-50” qırıcısı ölkənin cənubundakı Bukidnon əyalətində qəzaya uğrayıb, iki pilot həlak olub.

Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, təyyarə üsyançılarla mübarizə ilə bağlı döyüş missiyasını yerinə yetirib.

Məlumata görə, onunla əlaqə martın 4-də kəsilib və axtarış-xilasetmə əməliyyatına başlanıb.

Təyyarənin qalıqları və pilotların meyitləri martın 5-də Mindanao adasındakı Kalatunqan dağlıq rayonunda tapılıb.

Hərbi Hava Qüvvələrinin nümayəndəsi Konsuelo Kastillo qəzanın səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Hadisədən sonra Hərbi Hava Qüvvələri komandanlığı Cənubi Koreya istehsalı olan “FA-50” qırıcılarının uçuşlarını müvəqqəti olaraq dayandırıb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …