Çərşənbə axşamı , 11 Mart 2025
Drone Cameras

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Boyukmillet.com xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

Yusif Dursunov (125 kq) və Sadiq Mustafazadə (92 kq) isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıblar.

Check Also

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə finala yüksəlib, ikisi isə bürünc medal qazanıb

Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib. Boyukmillet.com xəbər …