Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiya ticarət nümayəndəliyi Azərbaycanla yeni müqavilələrin imzalanmasına hədəflənib

Rusiya ticarət nümayəndəliyinin biznes missiyası çərçivəsində əsas vəzifəsi Moskva müəssisələrinin müasir, yüksək keyfiyyətli məhsullarının Azərbaycana tədarükü və yeni razılaşmalara dair sazişlərin bağlanmasıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Moskva şirkətlərinin biznes missiyası çərçivəsində təqdimat sessiyasında bildirib.

Onun sözlərinə görə, Moskva İxrac Mərkəzi və Rusiyanın ticarət nümayəndəliyi paytaxt müəssisələrinin Azərbaycan bazarına çıxmasına kömək edir.

“Biz bütün lazımi dəstəyi göstərməyə hazırıq. Moskva şirkətlərinin Azərbaycana biznes missiyası yaxşı bir ənənəyə çevrilib. Moskva İxrac Mərkəzinin proqramlarının qalibləri paytaxtın ən aktiv və qabaqcıl müəssisələridir. Onlar azərbaycanlı tərəfdaşları ilə şəxsi görüşlər keçirilməsi üçün gəlirlər”, – R.Mirsayapov qeyd edib.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …