Şənbə , 13 Dekabr 2025
Drone Cameras

ABŞ Rusiya daxil 43 ölkənin vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq edəcək

ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün ölkəyə giriş qaydalarını dəyişdirmək niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən xəbər verir.

ABŞ Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır.

11 ölkənin – Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş tamamilə qadağan ediləcək.

İkinci kateqoriyaya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir. Bu ölkələrdən yalnız iş adamlarının ABŞ-yə girişi mümkün olacaq, turistlərə və immiqrantlara isə icazə verilməyəcək.

Üçüncü qrupa ABŞ hakimiyyətinin 60 gün ərzində bəzi çatışmazlıqları (məsələn, ölkəyə gələn şəxslər haqqında məlumat verməkdən imtina) aradan qaldırmağa icazə verəcəyi ölkələr aiddir.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …