Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Yevlax Təhsili ” Göz çıxardır”

Biz hər dəfə Yevlax təhsil idarəsindən yazanda bizi qınayanlar da olurdu.

Məlum hadisə bizim nə qədər dəqiq və düzgün yanaşmamızın olduğunu göstərir. Mənə çox maraqlıdır, indi vaxtilə bizi təhdid edən, bizi susdurmağa çalışan Yevlax təhsil idarəsi bu hadisələrin məktəblərdə olmaması ilə bağlı hansı tədbirlər görüb ?

Təəsüf hissi ilə bildirirəm ki bir gəncin faciəli şəkildə ölməsi, daha doğrusu, qətlə yetirilməsində bu cinayəti törədən qədər də Yevlaxda təhsilə nəzarət edənlər və 5 saylı məktəbin direktoru və onun müavinlərinin də günahı var. Bizə rayondan bildirildi ki, qətlə yetirilən məktəbli çox savadlı, çox qanacaqli bir şagird olub.

Özü də ali məktəbə hazırlaşırdı. Amma cinayəti törədən 5 saylı orta məktəbin şagirdi çox nizam və intizamsız şagird olub . Məktəb yoldaşları və müəllimləri də onun üstündə silah gəzdirdiyini bilirmiş, amma nədənsə tədbir görməmislər. Hamı susub, nəticədə bir ailənin ocağı söndü…

Ümumiyyətlə, Yevlax məktəbləri çox kriminallaşıb. Dava-dalaş adi hal alıb. Vəziyyəti bu həddə gətirib çatdıran direktorlar və onların təlim-tərbiyə üzrə müavinləridi. Problemin kökündə də vaxtilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi olmuş Elçin Kərimovun yarıtmaz idarəçiliyi, rüşvətxorluğudur.

Acınacaqlı haldır ki, bu adam hazırda başqa bir regional idarənin rəhbəridir. Özü getsə də arxasında miras kimi sektor müdiri Namidə və dəstəsini buraxıb. Namidə də bəzi istisnalar olmaqla demək olar bütün məktəblərə rəfiqələrini düzüb.

Bunlar da idarəçilikdən, təşkilatçılıqdan uzaq adamlardırlar. Məktəbli, yeniyetmə psixologiyasını bilmirlər. Elə buna görədir ki, idarəçilik zəifləyib, nəzarət zəifləyib. Elçin Kərimovdan sonra təyin olunan regional təhsil rəhbəri də eyni tərzdə işləyir. Nəticədə faciələr baş verir. İki ayın içində kənd məktəblərinin birində şagird intihar etdi. 5 və 9 nömrəli məktəblərdə intihara cəhd olundu.

İndi də Yevlax şəhər 4 saylı məktəb haqqında bir məlumat almışam. Bir zaman məktəbdə yarpaq dolması bükdürən direktor Zərif xanım məktəbdə hər şeyə öz qiymətini qoyub. Məktəbdəki müəllimlərdən birinin sözlərinə görə direktorun əvvəl 15-20 manatla gözü doyurdu. İndi lap azğınlaşıb, hər müəllimdən 100 manat istəyir.

Bundan əlavə, hər bayramda şagirdlərdən başqa müəllimlərdən də 100 manat pul yazılır. Zərif xanımın pul yığımında öz üsulu da var. Boş zərfləri işçilərə göndərir, hərədən 100 manat alır. Zərifin zərfini alan da dərhal içinə 100 manat qoyub göndərir.

Bu proses 8 Martda, bayramlarda, bəzi əlamətdar günlərdə davam etdirilir. Leyla xanım müəllim kimi işini doğrultsa da əməkdaş kimi direktorun və rayonun təhsilini idarə edənlərin ümidlərini doğrulda bilməyib, pul alıb, pul verməyib.

Ona görə də “qara siyaahı”ya düşərək” məktəbdən uzaq salınıb. Bir daha xahiş edirik bu məsələyə baxıb ciddi ölçü götürsünlər.

Sima Babayeva

Check Also

Direktor: Dilçilik İnstitutunda türkologiya ixtisasını seçənlərin sayı azalır

Bu gün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin …