Cümə axşamı , 20 Mart 2025
Drone Cameras

Bu yağları da almayın, AQTA yeni siyahı yaydı – Hansılardır?

Boyukmillet.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edilib ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq istehsalçısı “Allbuy” MMC olan “Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı, “Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı, “Milk World” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı məhsullarında və istehsalçısı “Şamaxı Dairy Farm” MMC olan “Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı məhsullarında aşkar edilib.

Check Also

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com -un məlumatına görə, təbrikdə deyilir:  …