Çərşənbə , 26 Mart 2025
Drone Cameras

İsrail ordusu Rəfah şəhərinin sakinlərinə çağırış edib

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.

Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib.

Qeyd olunub ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.

Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.

Əməliyyat çərçivəsində İsrail qırıcıları HƏMAS-ın bir neçə hədəfinə zərbə endirib.

Xatırladaq ki, Qəzza zolağında quru əməliyyatı martın 19-da kütləvi hava zərbələrindən sonra bərpa olunub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS vasitəçilərin təkliflərini qəbul etməkdən imtina etdiyi üçün döyüşlər davam edir. İsrail tərəfi vurğulayır ki, əməliyyatın məqsədi girovların azad edilməsidir.

Check Also

Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar açıqlanıb, Moskva şərtlər qoyub

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması …