Çərşənbə , 26 Mart 2025
Drone Cameras

Martın 25-dək yağıntılı və küləkli hava olacaq

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Check Also

Sabahdan havanın temperaturu yüksələcək – PROQNOZ

Azərbaycanda sabahdan havanın temperaturu yüksələcək.  Bu barədə Boyukmillet.com -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, …