Bazar , 15 Noyabr 2026
Drone Cameras

ABŞ İran, Çin, BƏƏ, Pakistan və CAR şirkətlərinə məhdudiyyətlər qoyub

ABŞ Ticarət Departamenti İran, Çin, BƏƏ, Pakistan və Cənubi Afrika Respublikasından olan 70 müəssisənin ixracına məhdudiyyətlər qoyub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrdə yerləşdirilmiş bildirişdə deyilib.

Qeyd olunub ki, departamentin Sənaye və Təhlükəsizlik Bürosu 70 təşkilata, o cümlədən Çindən 42, Pakistandan 19, BƏƏ-dən 4, Cənubi Afrikadan 3 və İrandan daha 2 şirkətə məhdudiyyətlər qoyub.

Belə ki, bu şirkətlərin ABŞ-nin milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd hərəkət etdiyi müəyyən edilib.

Tətbiq edilən məhdudiyyətlər nəticəsində tədarükçülər xüsusi lisenziya almadan Amerika mallarını Ticarət Departamentinin sanksiyalarına məruz qalan hüquqi şəxslərə göndərə bilməyəcəklər. Bununla belə, lisenziya ərizələrinə baxılarkən “imtina prezumpsiyası” yaranacaq, yəni bu cür müraciətlər çox güman ki, rədd ediləcək.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …