Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.

“Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır”, – məlumatda bildirilib.

İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.

Gəmi Cənubi Koreyada təmirdə olub.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …