Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

BMT-nin Baş katibi Bioloji Silahlar Konvensiyasına qoşulmayan ölkələrə çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş doqquz ölkənin hökumətini Bioloji Silahlar Konvensiyasına qoşulmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“50 il əvvəl qüvvəyə minmiş Bioloji Silahlar Konvensiyasına 188 dövlət qoşulub. Mən hələ də Konvensiyaya qoşulmamış doqquz ölkənin hökumətini gecikmədən bu istiqamətdə addım atmağa çağırıram. Gəlin, bioloji silahlara qarşı birlikdə olaq”, – Baş katib qeyd edib.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …