Bazar , 15 Noyabr 2026
Drone Cameras

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.

“HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi”, – o söyləyib.

Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail media orqanı yenilənmiş və uzadılmış atəşkəs müqabilində beş israilli məhbusun azad ediləcəyini bildirib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …