Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Dövlət Departamentinin baş müşaviri: Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.

Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq.

“İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir”, – deyə Ceykobs bildirib.

O, əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq:

“Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk”.

Check Also

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. Boyukmillet.com xəbər …