Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

İlham Əliyev: Azərbaycan enerji sahəsində Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir

Enerji sahəsində Avropa Azərbaycan üçün əsas bazardır.

Boyukmillet.com -un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu deyib və bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğulayıb:

“Azərbaycan Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək istəyir”.

Check Also

İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir …