Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

Xaricdə yaşayan daha bir bloger Baş Prokurorluğa çağırılıb

Rəfael Piriyevin 2020-ci il sentyabrın 7-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması barədə qərar qəbul edilib

Bloger Rəfael Piriyev Baş Prokurorluğa çağırılıb.

Məlumata görə, Rəfael Piriyevə rəsmi bildiriş göndərilib.

O, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 2-si saat 12:00-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd olunub ki, Rəfael Piriyevin 2020-ci il sentyabrın 7-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması barədə qərar qəbul edilib.

“Rəfael Priyevin 2019-cu il aprelin 19-dan avqustun 7-dək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “YouTube” və “Facebook” hesablarında yerləşdirdiyi videolarda  Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib”, – məlumatda bildirilir.

Məlumatda həm də qeyd olunur ki, “istintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 2020-ci il sentyabrın 7-də barəsində axtarış elan edilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Baş prokurorluq Rəfael Piriyevə xəbərdarlıq edir ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla və qiyabi hökmün yaxud da məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Daha öncə Baş Prokurorluq xaricdə yaşayan Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, İmaməddin Əlimanov və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.

Check Also

Qarabağın QHT işğalı (I yazı)

Korrupsiyaya qarşı mübarizədən söhbət düşəndə qeyri-hökumət təşkilatları rəhbərləri həmçinin işğaldan azad olunmuş Qarabağda və Şərqi …