Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

KİV: Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb

Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Onların qısamənzilli olduğu güman edilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Onun məlumatına görə, raketlər Şimali Koreyanın cənub-şərqindəki Vonsan şəhəri rayonundan buraxılıb.

Bundan əvvəl Pxenyan Sarı dəniz istiqamətində bir neçə ballistik raketi martın 10-da, ABŞ və Cənubi Koreya “Freedom Shield” adlı genişmiqyaslı təlimlərə başlayanda buraxmışdı.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …