Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İsxak Hersoq: İsrail və Azərbaycan bir çox sahədə sıx əməkdaşlıq qurub

İsrail və Azərbaycan təhlükəsizlik və innovasiyalar, enerji, ticarət və turizm sahələrində sıx əməkdaşlıq qurub.

Boyukmillet.com xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik videomüraciətində bildirib.

“İsrail xalqı və dövləti adından ən səmimi təbriklərimi qəbul edin”, – İ.Hersoq qeyd edib.

O, Azərbaycan və İsrail xalqlarının dərin əməkdaşlıq tarixinə malik olduğunu vurğulayıb. Prezident, həmçinin müxtəlif mədəniyyətlərə və dinlərə mənsub xalqların Azərbaycanda sülh şəraitində yaşamasına imkan verən Azərbaycan multikulturalizmini xatırladıb.

“Yəhudi və Azərbaycan xalqları arasındakı əlaqələr əsrlər və minilliklər boyu davam edir. Bu qədər uzun müddət ərzində Azərbaycan tolerantlıq, müxtəliflik, bərabərlik rəmzi və müxtəlif mədəniyyətlərdən olan insanlar və xalqlar arasında birgəyaşayış, hörmət və əməkdaşlığın mümkünlüyünün sübutudur”, – Hersoq bildirib.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İsraillə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib.

Check Also

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır – FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş …